Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:24

-

"Bacım Pərvanən 8 il yataq xəstəsi idi. Müalicəsi Almaniya və Israildə mümkün idi. Həm də çox xərc tələb olunurdu. Ailəmizin maddi durumu acınacaqlı idi. Mərhum atam Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcova müraciət etmişdi. Başçı ailəmizin vəziyyətini nəzərə alaraq, Saray qəsəbə bələdiyyəsinə göstəriş verdi ki, atamın adına 6 sot torpaq sahəsi ayırsın. Mərhum bələdiyyə sədri Ənvər Pirəliyev qəsəbə bələdiyyəsinin toplantısında atama 6 sot torpaq sahəsi verilməsinə dair qərar çıxartdı. Torpaq sahəsi ölçülərək ailə üzvlərinin şahidliyi ilə yeri bizə göstərildi".​

TORPAQ SAHƏSİ AYRILIB, BAŞÇI RƏSMƏN MƏLUMATLANDIRILIB

Abşeron rayonu, Saray qəsəbəsi, Adil Mənsimov küçəsi ev 27 ünvanında yaşayan Cəbrayıl Məhərrəmov "Qaynar xətt"ə müraciət edib. Onun sözlərinə görə, ailəyə torpaq sahəsi ayrılması ilə bağlı Saray bələdiyyəsindən icra başçısının müavini Iradə Gülməmmədovaya 92 saylı müvafiq məktubla məlumat verilib. Bir müddət sonra ailə başçısı vəfat edib. İndi Cəbrayıl Məhərrəmov varis kimi həmin torpaq sahəsini sənədləşdirə bilmir.

"Bələdiyyədən deyirlər ki, guya həmin sahə mövcud deyil. Halbuki 3 il əvvəl bələdiyyənin verdiyi qərarı da bələdiyyə üzvlərinə təqdim etmişəm".

"MÖCÜZƏLƏR ÖLKƏSİNDƏ YAŞAYIRIQ"

Saray qəsəbə bələdiyyəsindən varisə bildirilib ki, onlara ayrılmış sahənin yeri itib, tapa bilmirlər.

Şikayətçi:

"Sanki möcüzələr ölkəsində yaşayırıq. Torpaq da yoxa çıxa bilərmiş..."

Abşeron rayon İcra Hakimiyyətindən bildiriblər ki, torpaq ayrılması və bununla bağlı ortaya çıxan problemlərin onlara aidiyyəti yoxdur.

Saray bələdiyyəsindən isə məsələyə münasibət bildirməyiblər.

Cəbrayıl Məhərrəmov Abşeron rayon icra hakimiyyətindən, üzvü olduğu Yeni Azərbaycan Partiyasından, Saray qəsəbə bələdiyyəsindən mərhum atası Məhərrəmov Fazil Cəbrayıl oğlunun adına ayrılmış 6 sot torpaq sahəsinin "tapılaraq" ona qaytarılmasını tələb edir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG