Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:16

Bakı və Sumqayıt ətrafını çəyirtkə basıb


Arxiv fotosu
Arxiv fotosu

-

Nazirlik çəyirtkələrlə mübarizəyə başlayıb.

Uzaq yol və dənizə düşmələri onları zəif salıb.

İyulun 12-dən Abşeron yarımadasının Novxanı, Pirşağı, Nardaran Bilgəh kəndlərinin və Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın ərazilərinə Asiya çəyirtkəsinin miqrasiyası müşahidə olunur.

Xəbəri Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarəti Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Dövlət Fitosanitar Nəzarəti Xidməti çəyirtkələrə qarşı mübarizə tədbirləri həyata keçirir. Dövlət Xidmətinin rəisi Camal Quliyev bildirib ki, Asiya çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlanılıb . Artıq 100 hektar ərazidə bu tədbirlər həyata keçirilib.

Mübarizə tədbirlərinin həyata keçirilməsi üçün Dövlət Xidmətində qərargah yaradılıb, Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri, mobil dəstələrinin texnikası bu işlərə cəlb olunub.

“Asiya çəyirtkələrinin Şimali Qafqazdan, Terek çayı vadisindən miqrasiya etməsi müəyyən edilib. Çəyirtkə sürüsü güclü külək nəticəsində sahil zolağında dənizə düşüb. Bu səbəbdən də əsasən sahil zolağı ərazilərdə müşahidə olunur. Uzaq yol və dənizə düşmələri ilə zədələnmə səbəbindən adi hala nisbətən çox zəifdirlər. Bir çox sahələrdə təbii ölümləri müşahidə olunur. Asiya çəyirtkəsinin müşahidə olunduğu ərazilərimizdə kənd təsərrüfatı əkinləri olmadığı üçün onların ciddi zərər vurması gözlənilmir. Bu növün əsasən qamışlı bataqlıq ərazilərdə yumurta qoyması nəzərə alınaraq, belə sahələrdə mübarizə tədbirləri ilk növbədə aparılır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG