Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:34

“Bakı-Supsa kəmərinin marşrutu dəyişdirilməsə belə, kəmər üçün hansısa problem yaratmayacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov deyib.

Onun sözlərinə görə, Azərbaycan nefti Supsa limanına alternativ yollarla çatdıra bilər:

" Bakı-Supsa kəmərinin Cənubi Osetiya ərazisindən keçən bir neçə kilometrlik hissəsi dəyişdirilməsə belə, çətinlik olmayacaq.

Çünki, 2008-ci ildəki münaqişədən sonra Gürcüstan və Cənubi Osetiya arasında razılıq əldə edilib.

Digər tərəfdən, əgər problem yaransa, biz həmin nefti Supsaya başqa yollarla çatdıra bilərik və buna imkan var”-deyə o vurğulayıb.

Gürcüstanın energetika naziri Kakha Kaladze bu günlərdə bildirib ki, Bakı-Supsa neft kəmərinə təhlükə yaransa, hökumət Cənubi Osetiya ərazisinə düşən 1500-1600 metrlik hissənin yeni qolunu çəkə bilər.

Gürcüstanın məlumatına görə, Rusiya hərbçiləri bir neçə gün bundan əvvəl sərhəd xəttini bir neçə yüz metr Gürcüstan ərazisinə çəkiblər və nəticədəBP şirkətinə məxsus Bakı-Supsa kəmərinin bir hissəsi faktiki separatçıların nəzarətinə düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG