Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:39

-

Avstraliyalı qadın Əbu-Dabi həbsxanasından buraxılandan sonra Birləşmiş Ərəb Əmirliklərindən deportasiya olunub. O, bir maşının əlillərə məxsus parkinq yerinin qabağını kəsdiyini göstərən fotonu «facebook»a qoymuşdu. Buna görə bazar ertəsi həbs olunub. Avstraliya Yayım Korporasiyasının məlumatına görə, Jodi Magi sosial mediada «pis sözlər» yazdığı üçün saxlanıb.

39 yaşlı rəssam çərşənbə axşamı «facebook»da yazıb ki, onu buraxıblar.

«53 saat ərzində topuqlarımı qandalladılar, üst-başımı axtardılar, qanımdan analiz götürdülər. Döşəksiz və yastıqsız beton döşəmədə yatdım, tualet kağızı, yemək üçün çəngəl-bıçaq vermədilər. Bütün bunlardan sonra sevinclə bəyan edirəm ki, SAĞ-SALAMATAM VƏ ƏBU-DABİ HƏBSXANASINDAN ÇIXMIŞAM».

«Başıma gələnin anormal olduğunu düşünürsünüzsə, Əbu-Dabi həbsxanasında ikicə gün qalın; orada gördüyüm qadınlarla müqayisədə şikayətlənə bilmərəm. Onların yeganə günahı yoxsul olmaları, yanlış oğlana ərə getmələri, nikahdankənar uşaq dünyaya gətirmələri və/və ya sistematik polis korrupsiyasının qurbanı olmalarıdır».

«Onların əhvalatlarını eşitdikdən sonra min faiz əminəm ki, Avstraliya vətəndaşı olmasaydım, media bu məsələyə bu qədər diqqət ayırmasaydı, səfirlik işə qarışmasaydı və dostlarımın, eləcə də tanımadığım adamların dəstəyi olmasaydı, belə tezliklə qurtula bilməzdim».

«Magi hələ ötən ay məhkəmədə təqsirli bilinib. Ancaq bazar ertəsi cərimə ödəmək üçün gələndə saxlanıb», - «Al-Jazeera» yazır.

Sözügedən foto «Facebook»a fevralda yerləşdirilib, daha sonra çıxarılıb. Əlil maşınları üçün nəzərdə tutulmuş yerdə saxlayan maşının nömrəsi isə fotoda qaraldılıb və onu müəyyənləşdirmək mümkün olmayıb.

Magi çərşənbə axşamı «Facebook» postunu müdafiə edib, yazıb ki, ad çəkmədiyi, qeydiyyat nömrəsini belə gizlətdiyi maşının fotosu üçün 3600 dollar cərimə və deportasiya həddən artıq ağır cəzadır. Magi Əbu-Dabiyə 2012-ci ildə köçüb, qadınlara qrafik dizaynı öyrədirmiş.

Yeni sərhəd nişanı.

Yeni sərhəd nişanı.

BAKI-SUPSA KƏMƏRİ SEPARATÇILARIN NƏZARƏTİNƏ KEÇİB

Rusiya Gürcüstanın mübahisəli Cənubi Osetiya regionunda yeni sərhəd nişanları qoyandan sonra Cənubi Qafqaz ölkəsi Rusiyanı beynəlxalq hüququ pozmaqda ittiham edib. Son dəyişiklikdən sonra BP-yə məxsus Bakı-Supsa kəmərinin bir hissəsi də separatçıların nəzarətinə keçib.

«Avropa liderlərinin başı həftəsonu yunan böhranını həll etməyə qarışdığı bir vaxtda rus hərbçiləri yeni nişanlar qoyub, özlərinin elan etdiyi əraziləri Gürcüstanın içərisinə doğru bir neçə yüz metr uzadıblar», - «The Guardian» yazır.

«Sahələrimizin böyük hissəsini itirmişik», - Gürcüstanın mərkəzindəki Tsitelubani kəndindən bir fermer deyir. «Ruslar dedilər ki, daha oraya girə bilmərik».

Rusiya artıq neçənci dəfədir belə qəfil əməliyyatlar aparır. Tənqidçilər onun Cənubi Osetiya və Abxaziyanı anneksiya etməyə hazırlaşdığını deyirlər.

Kreml hələlik məsələyə şərh verməyib. Ancaq təhlilçilərin fikrincə, Ukraynada olduğu kimi, burada da hamını öz niyyətləri barədə intizarda saxlayır. Bəzilərinin fikrincə, Moskva bununla Gürcüstanın NATO və Avropa Birliyinə doğru getməsinə qarşı olduğunu göstərir. Rusiya rəsmiləri bu yaxınlarda keçirilən ABŞ-Gürcüstan təlimlərini pisləyib.

«Bu qəfil baş verənlər «Gürcü Arzusu» koalisiya hökuməti üçün utancvericidir. Belə ki, hökumət 3 il öncə hakimiyyətə gələndə, Rusiya ilə gərginliyi azaltmaq istədiyini deyirdi. Əslində isə Moskva Cənubi Osetiya və Abxaziyanın sərhədlərini bir az da möhkəmləndirdi»

Foto illüstrasiya

Foto illüstrasiya

«The Guardian» yazır ki, Gürcüstan indiki situasiyada heç nə edə bilməz, Qərb liderlərinin fikri isə başqa yerdədir. Avropa Şurasının prezidenti Donald Tusk Yunanıstan böhranı üzündən bu həftə Gürcüstana planlaşdırılan səfəri təxirə salıb.

ÖMRÜ AĞRISIZ DA BAŞA VURMAQ OLAR

«Human Rights Watch» hüquq-müdafiə təşkilatı Ermənistanda xərçəng xəstələrinin ağrıkəsici preparatlar əldə etməkdə üzləşdiyi problemlərlə bağlı hesabat hazırlayıb.

Hesabatda deyilir ki, minlərlə xərçəng xəstəsi kəskin ağrılardan əziyyət çəkir, ancaq bu ağrıları yumşaldacaq dərmanları ala bilmir.

«Ermənistanda təhlükəsiz, ucuz dərmanların olmasına baxmayaraq, xəstələr və ailələri onları əldə etmək üçün əngəllərlə üzləşir və bununla da müalicə hüquqları pozulur».

46 yaşlı xərçəng xəstəsi Gayane G. təşkilata deyib ki, ağrılar dözülməzdir. «Ağlayıram, qışqırıram, elə bil alovun üstündə gəzirəm. Evdə kimsə varsa, ağrıya dözməyə çalışıram. Ancaq tək olanda ancaq ağlayıram».

Hər il Ermənistanda xərçəngdən 8 min nəfər ölür, çoxu da iztirablı ağrılar içində dünyasını dəyişir. Xərçəngə qarşı əsas dərman olan «Morphine» elə də baha deyil, ancaq ehtiyacı olanlar onu əldə edə bilmir. 2010-2012-ci illərdə Ermənistan ildə 1.1 kiloqram morfin işlədib. Bununla xəstələrin 3 faizini müalicə etmək olardı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG