Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:45

X.İsmayılın məhkəməsinin vaxtı dəyişdirildi


Xədicə İsmayıl
Xədicə İsmayıl

-
Jurnalist Xədicə İsmayılın cinayət işi üzrə hazırlıq iclası iyulun 22-dən 24-nə keçirilib.

Bu haqda AzadlıqRadiosuna vəkil Fariz Namazlı məlumat verib.

Vəkil deyib ki, məhkəmə vaxtın dəyişdirilməsini işlərin çox olması ilə izah edir.

Məhkəməyə hazırlıq iclası əvvəlcə iyulun 22-ə təyin edilmişdi. Həmin gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur.

Xədicə İsmayıl Tural Mustafayevi intihar həddinə çatdırmaqda ittiham olunur. Ona 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünüöldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.

Sonradan T.Mustafayev mətbuat vasitəsilə şikayətini təzyiq altında verdiyini və şikayətindən imtina etdiyini bildirib.

2015-c ilin fevralında isə Xədicə İsmayıla qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan edilib.

AzadlıqRadiosu, beynəlxalq hüquq müdafiə təşkilatları X.İsmayılın prezident İlham Əliyev və onun ailə üzvlərinin biznesini araşdırdığı üçün təzyiqlərlə üzləşdiyini bildirir.

«Amnesty International» jurnalisti vicdan məhbusu sayır.

XS
SM
MD
LG