Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:52

Dünya təcrübəsi: kitab sektoruna dövlət dəstəyi


Jean Frederic Jauslin
Jean Frederic Jauslin

-

"Bu yolda müəllif haqlarının və yaradıcı azadlıq təminatının saxlanmasının vacibliyini müdafiə edirəm."

"Federal Mədəniyyət İdarəsi həmçinin savadsızlıqla mübarizə aparan İsveçrə Yazı-oxu Federasiyasını dəstəkləyir."

Jean-Frédéric Jauslin

İsveçrə Federal Mədəniyyət İdarəsi

Kitab və mütaliə üzrə federal siyasətdə islahatlar

413 milyondan çox bir məbləğin illik dövriyyəsi ilə (10,000-dan artıq çap olunmuş kitaba bərabər məbləğ) İsveçrədə kitab sənayesi mühüm iqtisadi əhəmiyyətə malikdir və böyük bir mədəni bazarı təmsil edir.

Kitabxanalarımız ictimai mədəni təsisatlar arasında ildə ümumi qonağı 810 000 nəfər olmaqla öyünən qurumlardır.

Kitab sektoru nəşriyyatlarda, kitab mağazalarında və kitabxanalarda 9400 nəfər üçün iş yeri təmin etməkdədir.

Amma kitab adi mal, əmtəə deyil, - daha çox şeydir. O, hər zaman bilik və təxəyyül toxumunun mənbəyi olub; başqa sözlə deyilsə, mədəniyyət.

Lakin indi kitab döyüş meydanına çəkilir. İllərlə kitab mədəniyyət və biliyin başqa formaları ilə artan rəqabətlə qarşı-qarşıya durub, indi isə misilsiz tarixi dəyişikliyin astanasındadır.

Rəqəmli inqilab, yeni informasiya və kommunikasiya texnologiyalarının inkişafı kitab sektorunu sınağa çəkir.

Düşünmə aləti kimi kitab dəyişiklik və medialaşmanın sürətli tempinin qurbanına çevrilməkdədir. Gənclər arasında oxuma böhranı var, onlar kompüterləri, əyləncə dərgilərini və video oyunları üstün tutur. Bu vərdişlər kitab satışına uzun müddət təsir edəcək.

Sistemli hökumət dəstəyi

Federal hökumət öz kitab və mütaliə siyasəti ilə naşirlərin məhsullarında müxtəliflilik təmin etməyə çalışır və geniş oxucu kütlələrinə geniş imkanlar yaratmağa çalışır.

Hökumət kitab sektorunu ildə 7 milyon franka qədər məbləğlə təmin edir, buraya Milli Kitabxananın fəaliyyət qiymətləri daxil deyil. Kitabxanaya ildə 23 milyondan çox vəsait ayrılır.

2007-ci ilin yayında Federal Mədəniyyət İdarəsi kanton və bələdiyyə rəhbərləri ilə əməkdaşlıq nəticəsində kitab tədbirlərini avadanlıqla təmin edib.

Amma kitab sektoruna qoyulan hökumət maliyyəsi təkcə çeşidliliyi deyil, həmçinin bu sənayenin sonrakı inkişafını dəstəkləməlidir.

Dəstək verən kanalların çoxluğuna cavab olaraq, kitabların ictimai maliyyəsi üçün prosedurların sisteləşdirilməsi və sadələşdirilməsi bizdə məqsəd elan olunub.

Mədəniyyətin təbliği üçün yeni qanun yardım və distributorluğa vurğu salınmasını təklif edir.

Yəni hökumətin kitab sektoruna dəstəyi artıq təkcə nəşriyyat sisteminə deyil, həm də kanton və bələdiyyələr vastəsilə müəlliflərə və əsərlərə dəstəyə çevriləcək. Yəni bu, mərkəzi hökumətin deyil, yerli hökumətlərin işi olacaq.

Rəqəmli dövrdə kitablara yardım

Bildiyiniz kimi, mədəniyyət üçün büdcələr sonsuz deyil. Onlar bizi yenilikçi olmağa və yeni əməkdaşlıqlar formalaşdırmağa vadar edir.

Mədəniyyətə yardım və onun həvəsləndirilməsi haqda yeni qanun sayəsində biz mövcud fond sxemlərindən aralana və hər bir iştirakçının rolunu yenidən hesablaya bilərik.

Qarşımızda iki yol açılır: bir tərəfdən, rəqəmli dövrdə dəyişikliklərin qabaqcadan görünməsi və onların qarşısına lazım şəkildə çıxılması, o biri tərəfdən, kitabın təbliğinin dəstəklənməsi.

Bu yolda müəllif haqlarının və yaradıcı azadlıq təminatının saxlanmasının vacibliyini müdafiə edirəm.

Düşünürəm ki, rəqəmli inqilab yeni bazarlar açır, təkcə mövcud nəşrlərə deyil, həmçinin bütövlükdə biliyə keçidi təkmilləşdirir.

İnternet İsveçrə ədəbiyyatı və mədəniyyət məhsulları sərvətinin təbliği üçün fantastik vasitədir.

Savad və mütaliənin təbliği

Savadsızlıq və təhsil çatışmazlığı kitab və mütaliəyə təlükədir. Mən müəllimlərə, kitabxanalara və assossasiyalara bizə bəxş etdikləri oxu həzzinə görə təşəkkür edirəm.

Federal Mədəniyyət İdarəsi kitabların təbliğini, uşaq və gənc ədəbiyyatı cəmiyyət olan Bibliomedia Fondunu dəstəkləyir.

Bu təşkilatlar mütaliəyə yol açılmasında əhəmiyyətli rol oynayır, gənc oxucunun yazılı sözlə ilk görüşdə büdrəməməsinə çalışır.

Pediatrlarla əməkdaşlıqla “Oxumaq üçün doğulmaq” proqramından, “Kitabqurdu” ibtidai məktəb layihəsindən tutmuş böyük uşaqlar üçün olan “Kitabböcəyi” layihəsinə, bütün yaşlar üçün olan “İsveçrə Hekayə Axşamları”na qədər bir çox layihələr həyata keçirilir.

Başqa dillərdə danışan gənc oxucular beynəlxalq dillərdə olan kitabxanalar sayəsində öz dillərində kitab oxuya bilirlər.

Federal Mədəniyyət İdarəsi həmçinin savadsızlıqla mübarizə aparan İsveçrə Yazı-oxu Federasiyası olan Fédération Lire etécrire / Dachverband Lesen und Schreiben adlı qurumu dəstəkləyir.

Mən ehtiyacı olanlara oxumaq zövqü və bilik verən hər kəsə təşəkkür edirəm və onların vacib işini dəstəkləyirəm. İndi biz heç vaxt olmadığı qədər informasiyanı yayan zəncirdən asılıyıq.

Jurnalistlər, ədəbiyyat tənqidçiləri, ədəbiyyat mükafatları üçün münsiflər – hamı bizə mütaliə seçimləri yaratmağa kömək etmək işində və bizi yeni müəlliflər kəşf etməyə təhrik etməkdə olduqca vacib rol oynayırlar.

Federal hökumət kanton və bələdiyyələrlə birlikdə kitabı dəstəkləyən yenilikçi əməkdaşlıqların inkişafı üzərində işləyir.

Hər kəsi müzakirəni dərinləşdirmək üçün bizə qoşulmağa, bizə kitabların, mütaliənin gələcəyə yönəlik siyasətini cızmaqda kömək etməyə dəvət edirik.

(Jean-Frédéric Jauslin – 2005-ci ilə qədər İsveçrə Milli Kitabxanasının direktoru olub. 1995-ci ildən 2005-ci ilə qədər İsveçrənin audio-visual mədəni irsinin qorunması assossiasiya olan MEMORIAV-ın prezidenti olub.

2002-ci ildən 2005-ci ilə qədər Avropa Milli Kitabxanaları Konfransının prezidenti olub. 2005-ci ilin aprel ayından etibarən İsveçrə Federal Mədəniyyət İdarəsinin direktorudur.

Məqalə həmin idarənin İnternet səhifəsindən götürülüb)

XS
SM
MD
LG