Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:41

-

ABŞ prezidenti Barack Obama iyulun 15-də mətbuat konfransı keçirəcək. Prezident bununla amerikalıları, müttəfiqləri və sazişə skeptik yanaşan konqresmenləri onun faydasına inandırmaq üçün kommunikasiya kampaniyasına başlamış olur.

Obama Ağ Evin Şərq zalında medianın suallarını cavablandıracaq. Sözçü Josh Earnest belə deyib.

İsrail, respublikaçılardan prezidentliyə namizədlər və bəzi konqresmenlər sazişi pisləsə də, Ağ Ev razılaşmanı əsaslandırmaq işindən geri çəkilənə oxşamır.

Bəzi respublikaçılar sazişin ləğvinə nail olmağa and içiblər.

Obama tərəfdarları Konqresdə səsvermənin çətin olacağından narahatdır. Sazişin qalması üçün onlar demokratların əksəriyyətinin dəstəyini qazanmalıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG