Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:21

Nemtsov-a körpüdə abidə qoyulmayacaq


Boris Nemtsov-un qətlindən 100 gün sonra, 7 iyun, 2015-ci il

Boris Nemtsov-un qətlindən 100 gün sonra, 7 iyun, 2015-ci il

-

İyulun 14-də Moskva rəsmiləri müxalifət lideri Boris Nemtsov-un öldürüldüyü körpüdə ona abidə qoyulması təklifini rədd edib.

“Belə bir abidə bir nəfərin deyil, qətlin xatırlanması olar. Bu, bizə lazımdır?” şəhər memorial komissiyasının rəhbəri Lev Lavrenov Interfax-a deyib.

Prezident Vladimir Putin-in açıq tənqidçisi olan Nemtsov fevralın sonunda Kreml yaxınlığında, Moskva çayı üzərindəki körpüdə öldürülüb. Qətldə şübhəli bilinənlər saxlanıb.

Tərəfdarları həmin yerdə onun xatirəsinə abidə ucaltmağı təklif edirdi.

“Bu qərar nəinki Borisin xatirəsinə, eləcə də Boris-ə hörmət edən və rəğbət bəsləyən bir çox moskvalılara təhqirdir,” fəal Ilya Yashin Interfax-a deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG