Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:22

-

Beynəlxalq Valyuta Fondunun (BVF) araşdırması göstərir ki, Yunanıstana Avropa liderlərinin vermək istədiyindən daha artıq yardım gərəkdir.

Bu arada baş nazir Alexis Tsipras narazı solçu deputatları dilə tutmağa çalışır ki, iyulun 15-də sərt qənaət tədbirləri və liberal iqtisadi islahatlara səs versinlər. Məqsəd 85 milyard avroluq yardımı ala bilməkdir.

BVF-nin tədqiqatında deyilir ki, Yunanıstanın maliyyə durumu əməlli-başlı pisləşib və Avropa ölkələri ona bütün borclarını ödəmək üçün 30 il vaxt verməli olacaq.

“Yunanıstan borcu ancaq borc yüngülləşdirmə tədbirləri ilə saxlana bilər,” BVF bildirir.

Bu təhlilin Almaniyada Yunanıstana daha artıq pul verilməsinə dair müzakirələri daha da kəskinləşdirəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG