Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:37

ABŞ İran qətnaməsini hazırlayır


Danışıqlardan sonra mətbuat konfransında, 14 iyul, 2015-ci il

Danışıqlardan sonra mətbuat konfransında, 14 iyul, 2015-ci il

-

Birləşmiş Ştatlar İran nüvə sazişinin detallarına dair BMT qətnaməsini hazırlayır. Sənəd iyulun 15-də BMT-nin Təhlükəsizlik Şurasında yayılacaq. Diplomatlar belə deyir.

ABŞ-ın BMT-dəki səfiri Samantha Power razılaşmanın əsas bəndlərini şura üzvlərinə açıqlayacaq. Bu qətnamə ilə Təhlükəsizlik Şurasının hazırkı sanksiyaları Vyanada razılaşdırılmış məhdudiyyətlərlə əvəzlənəcək.

İran danışıqlarında iştirak etmiş ölkələr qətnaməni dəstəkləyəcək. Onlar Britaniya, Almaniya, Fransa, Çin, Rusiya və Birləşmiş Ştatlardır.

İyulun 14-də prezident Barack Obama İsrailin baş naziri Benjamin Netanyahu-nu ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyinə bir daha əmin edib. Obama deyib ki, İran sazişi “İranın terrorçuluğa dəstəyi və İsrailə hədələri sarıdan narahatlığımızı azaltmayacaq”.

Netanyahu sazişi “böyük tarixi səhv” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG