Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:08

-

Litvalı rejissor Aleksandras Brokas-ın Xocalı haqqında çəkdiyi «Sonsuz dəhliz» («Endless Corridor») filmi iki nüfuzlu mükafata layiq görülüb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Avropa Azərbaycan Cəmiyyətinə istinadla yaydığı xəbərə görə, iyulun 10-da Madrid və Tenerife Beynəlxalq Film festivalları «Sonsuz dəhliz» filmini «Ən yaxşı sənədli film» və Aleksandras Brokas-ı «Ən yaxşı sənədli film rejissoru» nominasiyası üzrə qalib elan edib.
İndiyədək «Sonsuz Dəhliz» filmi dünyada keçirilən 60-dan artıq kino festivalına təqdim edilib. Çoxları bu filmi artıq rəsmi proqramlarına daxil ediblər.

Filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib.

«Sonsuz dəhliz» sənədli filmi prodüserlər - Aleksandras Brokas (Litva) və nüfuzlu «Grammy Award» mükafatçısı Gerald Rafshoon (ABŞ) tərəfindən çəkilib.

Britaniyalı aktyor, BAFTA mükafatçısı Jeremy Irons tərəfindən səsləndirilən film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Richard Lapaitis-in faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri əsasında qurulub. Filmdə Ermənistan tərəfindən hadisələrin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələr də yer alıb.

Sənədli filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan faktlara, sənədlərə və vaxtilə çəkilmiş videogörüntülərə və fotomateriallara istinad edilir.

Bundan əvvəl film ABŞ-da keçirilən «Accolade Global Film Competition» müsabiqəsində «Best of Show» mükafatını almışdı.

Filmin beynəlxalq uğuruna sevinən A.Brokas yaradıcı komandaya və faciəvi hekayələrini onunla bölüşən Xocalı sakinlərinə təşəkkürümü bildirib:
«Tarixin ağrılı dərsləri nəhayət, öyrənilməli, ondan ibrət dərsi götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır!».

Günün bütün mövzuları

XS
SM
MD
LG