Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:43

Rusiyanın Tu-95 bombardmançı təyyarəsi iyulun 14-də Xabarovsk regionunda qəzaya düşüb.

Müdafiə nazirliyinin məlumatına görə, qəza səhər saatlarında təlim uçuşu vaxtı Xabarovskın 80 kilometrliyində baş verib.

Təyyarədə bomba olmayıb və heyət üzvləri katapult edə bilib.

Bu son 8 gün ərzində Xabarovskda baş verən ikinci təyyarə qəzasıdır.

İyulun 6-da Su-24 təyyarəsi də təlim vaxtı qəzaya düşüb, pilotların ikisi də həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG