Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:12

Bankın qarşısında özünü yandırmaq istədi


İmişlidə «Accessbank»
İmişlidə «Accessbank»

-

İyulun 13-də «Accessbank» ASC-nin İmişli şəhərində yerləşən filialının qarşısında qalmaqal olub. Beyləqan rayonu Qarallar kəndinin sakini Cahangir Ağayev intihara cəhd edib.

Bu barədə AzadlıqRadiosuna hadisənin şahidləri məlumat verib.

Şahidlərin dediyinə görə, Cahangir Ağayev əvvəlcə filialın yerləşdiyi ofis önündə bank işçilərindən birinə zəng vuraraq bayıra çıxmağını tələb edib. Həmin şəxs həm özünün, həm də filial işçisinin üzərinə benzin töküb. Sonuncu qaçmaqla canını yanğından qurtara bilib. Hadisə yerinə çoxsaylı polis əməkdaşları gəlsə də, onlar da bir müddət Cahangir Ağayevə yaxınlaşa bilməyiblər.

Lakin İmişli polisinin əməkdaşları C.Ağayevi zərərsizləşdirə və onu polis idarəsinə aparmağa müvəffəq olublar.

«Accessbank» ASC İmişli filialının müdiri Eldar Fərhadov hadisənin baş verdiyini təsdiqləyib: «Bu şəxs bizim müştərimiz olub. Onu narazı salan kredit ödənişində gecikməyə görə, əməkdaşımızın evinə getməsi olub. Biz problemli kreditlərlə bağlı məhkəməyə başqa banklarla müqayisədə çox az müraciət edirik. Çalışırıq danışıqla problemi yoluna qoyaq. Bank əməkdaşının onun qapısına getməyi də xoşməramlı olub».

İmişli RPŞ-dən bildirildi ki, saxlanılıb polis idarəsinə aparılan C.Ağayev izahatı alındıqdan sonra sərbəst buraxılıb.

XS
SM
MD
LG