Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:19

Avropa İnsan Hüquqları Məhkəməsi vəkil Xalid Bağırovun vəkillik fəaliyyətindəın uzaqlaşdırılması ilə bağlı şikayəti üzrə kommunikasiyaya başlayıb.

Bunu Turana Xalid Bağırovun özü deyib.

O, həbsdə olan müxalifət lideri, REAL Hərəkatının rəhbəri İlqar Məmmədovun məhkəməsində tənqidi çıxış edib.

Bundan bir neçə gün sonra, 2014-cü il dekabrın 10-da Vəkillər Kollegiyasının qərarı ilə onun vəkillik fəaliyyəti dayandırılıb.

Xalid Bağırov Vəkillər Kollegiyasının qərarından 2015-ci ilin yanvarında Avropa Məhkəməsinə şikayət edib.

O, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi (ifadə azadlığı) üzrə hüququnun pozulduğunu iddia edir.

Xalid Bağırov 2011-ci il avqustun 24-də polis bölməsində müəmmalı şəkildə vəfat etmiş Elvin Əsgərovun işi ilə bağlı mediada çıxışından sonra da 1 il vəkillik fəaliyyəti dayandırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG