Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:01

Dünya Ədəbiyyatı Kitabxanasından daha dörd kitab


-

Kitab Klubundan iki yenilik

"Dünya Ədəbiyyatı Kitabxanası" seriyasından növbəti yeni 4 kitab çap olunub. Kitab Klubundan Oxu zalına verilən məlumata görə, bunlar aşağıdakı kitablardır:

Tomas Vulf "Seçilmiş əsərləri", Samuel Bekket "Seçilmiş əsərləri", Ərəb ədəbiyyatı antologiyası, Latın Amerikası ədəbiyyatı antologiyası

Tomas Vulfun kitabına müəllifin “Həyatım haqqında bəzi qeydlər” avtobioqrafik qeydləri, “Baskom Hokun portreti”, “Dünyanın hörümçək toru”, “Ölüm-məğrur bacı” povestləri və 11 adda hekayələri daxil edilib.

Samuel Bekketin kitabına müəllifin “Qadonun intizarında”, “Endşpil”, “Bütün yıxılanlar haqqında”, “Xoşbəxt günlər”, “Söz və musiqi”, “Kül”, “Kreppin sonuncu lent yazısı” pyesləri və “İlk məhəbbət” hekayəsi daxil edilib.

"Ərəb ədəbiyyatı antologiyası"na Tahir Vəttarın “Balıqçı və saray”, Hani Nəqşəbəndinin “Dubayın bir gecəsi” və Qəssan Kənəfaninin “Gün altında adamlar” əsəri daxil edilib.

Latın Amerikası ədəbiyyatı antologiyasına isə Xulio Kortasarın “Xəstələrin əhvalı”, Luis Sepulvedanın “Eşq romanları oxuyan qoca” və Amanda Karpenterin “Tənha ürək” əsərləri daxil edilib.

Beləliklə, bu seriyadan 109 kitab artıq nəşr olunub.

Kitablara endirim

Kitab Klubu "Yayda oxumağa kitab axtarıram" deyənlər üçün bütün kitablara 40 faiz endirim elan edib. Endirim kampaniyası 18 iyula qədər davam edəcək.

XS
SM
MD
LG