Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:12

Kannda Azərbaycan mədəniyyəti günləri başlayır


Kannda Azərbaycan mədəniyyəti günləri

Kannda Azərbaycan mədəniyyəti günləri

-

İyulun 14-dən 31-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tədbirlər çərçivəsində Azərbaycan mədəniyyətini- milli musiqini və caz musiqisini, ənənə və müasirliyi özündə birləşdirən müxtəlif proqramlar nəzərdə tutulub.

Xəbərdə vurğulanır ki, Azərbaycan bu il iyulun 14-də Kannda başlayan ənənəvi Pirotexnika Sənəti Festivalında (Festival d'Art Pyrotechnique) da iştirak edəcək.

Azərbaycan bu festivalda 2013-cü ildən təmsil olunur.

Builki atəşfəşanlıq həm də müsabiqə xarakterli olacaq.

Müsabiqə iyulun 14-də «Bakı Atəşfəşanlıq Qrupu»nun şousu ilə başlayacaq.

«Bakı Atəşfəşanlıq Qrupu»nun şousundaÜzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasından «Şəbi-hicran» kompozisiyası, Fikrət Əmirovun «Min bir gecə» baletindən musiqi, «Qarabağ Azərbaycan incisidir» əsəri, Qara Qarayevin «Yeddi gözəl» baletindən musiqi, Tofiq Quliyevin «Qaytağı» əsəri Müslüm Maqomayevin «Azərbaycan» mahnısı səslənəcək.

Ələkbər Tağıyevin «Nə gəlməz oldun», eləcə də «Azərbaycan maralı», «Sarı gəlin» xalq mahnıları Alim Qasımovun ifasının müşayiəti ilə təqdim olunacaq.

Elə həmin gecə qarmon ifaçısı Ənvər Sadıqov və onun ansamblının konserti keçiriləcək.

İyulun 15-də Kanndakı Festivallar Sarayında «Azərbaycan xalçaları incəsənətdə» adlı sərgi açılacaq.

Həmin gün Festivallar Sarayında «Azərbaycan musiqi gecəsi» də keçiriləcək.

Konsertdə caz ustası, pianoçu Emil Əfrasiyab və onun qrupu, eləcə də Azərbaycan incəsənət ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olunacaq.

Xəbərdə bildirilir ki, artıq mədəniyyət günləri ilə bağlı Kannda Azərbaycanı tərənnüm edən müxtəlif bannerlər quraşdırılıb.

Bu, Heydər Əliyev Fondunun Kann şəhərində təşkil etdiyi üçüncü Azərbaycan mədəniyyəti günləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG