Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:55

-

"Mən Rusiyada ola-ola adımdan saxta vəkalətnamə verib 12 sot torpaq sahəmi satıblar. Bu saxtakarlığı Maştağadakı 17 saylı nortariat kontor edib. İllərlə məhkəmə yolları gedib-gəldim, heç nəyə nail ola bilmədim".

12 SOT TORPAQ NECƏ ƏLDƏN ÇIXDI...

Bunu Bakı sakini Vüqar Hacıyev deyir. Onun sözlərinə görə, 1994-cü ildə Səbayel Rayon İcra Hakimiyyətinin sərəncamı ilə Badamdar qəsəbəsində ona 12 sot torpaq sahəsi ayrılıb:

“Torpağın 6 sotu öz adıma, qalan hissəsi kirvəmiz Eyvaz Dilənovun adına rəsmiləşdirilmişdi. Torpaq sahəsini hasarlayıb darvaza qoysam da, ev tikməyə imkanım olmadı. Sonra Rusiyaya getdim. 2009-cu ildə qayıdıb gələndən sonra torpağımda ev tikildiyini gördüm. Araşdırdım, öyrəndim ki, keçmiş həyat yoldaşım Nəsib Qəhrəmanovla birgə torpağı satmaq üçün əvvəlcə 28 saylı notariusa gediblər. Lakin oradakı notarius torpaq sahibinin - yəni mənim iştirakım olmadan alqı-satqı olunmasının mümkün olmadığını deyib. Bundan sonra 17 saylı notariusa gediblər. Həmin notarius isə keçmiş həyat yoldaşıma saxta vəkalətnamə verməkdən çəkinməyib. 2002-ci ildə bu saxtakarlığı edərkən Gəncədə qeyri-müəyyən ünvan və ad-soyadı mənim ad-soyadımla üst-üstə düşən bir şəxsi göstəriblər. Mən Daxili İşlər Nazirliyinin MAPS xidmətindən həmin ünvanda yaşamadığımı təsdiqləyən arayış almışam. Həmin arayışda da 1990-cı ildən bu günə kimi Bakı şəhərində qeydiyyatda olduğum təsdiqlənir”.

"ÖZÜM RUSİYADA OLA-OLA, ADIMDAN SƏNƏDLƏR İMZALANIB"

Şikayətçi deyir, həmin saxta vəkalətnamə ilə yenidən 28 saylı notariusa üz tutan keçmiş həyat yoldaşı və Nəsib Qəhrəmanov istədiklərinə nail olublar:

“Dilənov Eyvazı da həmin 28 saylı notariusa çağırıb 17 saylı notariusdan aldıqları vəkalətnaməni göstərib inandırıblar ki, guya sənədi mən imzalamışam. Beləliklə onun da alqı-satqı müqaviləsinə qol çəkməyinə nail olublar. Bu saxtakarlıq 29 iyun 2002-ci ildə baş tutub və mənim əmlakım dələduzluqla satılıb”.

17 saylı Notariat kontordan bildiriblər ki, məsələ məhkəmədə araşdırılıb və Vüqar Hacıyevin iddialarının əsassız olduğu üzə çıxıb. Lakin Vüqar Hacıyev özü məhkəmənin qətnaməsini ədalətsiz hesab edir:

"Səbayel Rayon Məhkəməsinə müraciət etdim. İddia qaldırdım ki, saxta etibarnamə ləğv edilsin və torpaq mənim mülkiyyətimə qaytarılsın. Hakim Elnur Həsənov elə hey gülürdü. Bilirdi ki, torpağımı saxtakarlıqla satıblar. Hakim özü mənə demişdi ki, həmin 17 saylı notariusun 20-dən çox saxta işinə baxıb. Deyirdi ki, mən orada belə saxta işlərə qol qoyulduğunu bilirəm. Məhkəmə vaxtı tələb etdim ki, imzamın saxtalaşdırılmasını müəyyən etmək üçün ekspertiza keçirildi. Ekspert də rəyində saxtakarlıq elədi. Yazıb ki, guya imzanın kimə aid olmasını müəyyən edə bilmir. Axı bu necə ola bilər? Həmin imza ilə mənim imzam arasında fərqi müəyyən edə bilməyən şəxsi necə ekspert vəzifəsinə işə götürüblər?”

YERLİ MƏHKƏMƏLƏRDƏN BİR ŞEY ÇIXMADI, ÜZÜ AVROPA MƏHKƏMƏSİNƏ...

Vüqar Hacıyev deyir, hakim Elnur Həsənov saxtakarlıqları görə-görə, haqqının tapdandığını bilə-bilə iddiasını təmin etməyib. Bakı Apelyasiya Məhkəməsi həmin qətnaməni qüvvədə saxlayıb:

2010-cu ilin sonunda Ali Məhkəmə işə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bu dəfə məhkəmə onun xeuyirə qərar çıxarıb. Qarşı tərəf qərardan kassasiya şikayəti verib və Ali Məhkəmə işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Şikayətçinin deməsinə görə, bir də xəbər tutub ki, hakim Tatyana Qoldman ondan xəbərsiz qərar çıxarıb. Qərar qarşı tərəfin xeyrinə olub.

Vüqar Hacıiev deyir, ölkə daxilində bütün məhkəmələri keçib. İndi ümidi Avropa İnsan Haqları Məhkəməsinədir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG