Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:15

-

Çinin şimalşərqində polis 3 müsəlman uyğuru güllələyib öldürüb. Onların terrorçu olduğu, həbs olunmamaq üçün bıçaqdan istifadə etdiyi bildirilib.

Şenyanq polisi bildirir ki, iyulun 13-də dördüncü şübhəli də yaralanıb, onlarla olan 3 uşaq isə saxlanıb.

“Terrorçular xəbərdarlığa fikir verməyəndən sonra polis atəş açıb,” məlumatda deyilir.

Münhendə mənzillənən Dünya Uyğur Konqresinin məlumatına görə, həmin uyğurlar Çinin şimal sərhədindən qaçmaq istəyənlər olub.

Pekin uyğur separatçıları terrorçuluqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG