Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:42

-

Türkiyə Konstitusiya Məhkəməsi ölkədəki minlərlə özəl hazırlıq mərkəzlərinin bağlanmasını tələb edən ziddiyyətli qanunu ləğv edib.

İyulun 13-də məhkəmə qanunun konstitusiyaya zidd olması barədə qərar çıxarıb.

Ötən ilin martında parlamentin qəbul etdiyi qanun bu il sentyabrın 1-dək ölkədəki özəl hazırlıq mərkəzlərinin bağlanmasını tələb edirdi.

Bu addım Prezident Receb Tayyip Erdogan-ın ABŞ-da yaşayan ruhani Fethullah Gulen-ə qarşı daha bir addımı sayılırdı. Belə ki, həmin hazırlıq mərkəzlərinin çoxu Gulen-ə məxsusdur.

Gulen-in Hizmet hərəkatının maliyyə və məktəblərdən tutmuş, mediaya qədər bir sıra sahələrdə maraqları var.

Erdogan polis və ədliyyədəki Gulen ardıcıllarını ötən il hökuməti silkələmiş korrupsiya iddialarının arxasında durmaqda ittiham edir. Gulen bu iddiaları yalan adlandırır.

XS
SM
MD
LG