Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:18

Əfqanıstanda məscid partladılıb


İyulun 12-də baş vermiş partlayışdan sonra

İyulun 12-də baş vermiş partlayışdan sonra

-

İyulun 13-də axşam Əfqanıstanın şimalında məscidin içərisində bomba partladılıb, 20-dən çox insan xəsarət alıb.

Polisin məlumatına görə, dindarlar iftarlarını açmaq üçün yemək verilməsini gözləyirmiş. Hadisə Bağlan vilayətinin Puli Xumri şəhərində baş verib. Partlayıcıların məscidin içinə qoyulduğu bildirilir.

Partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb.

İyulun 12-də isə Əfqanıstanın cənubşərqində ABŞ bazası yaxınlığında bomba qoyulmuş maşın partladılıb, 33 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG