Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:25

-

Birləşmiş Ştatlar növbəti bir neçə ay ərzində Ukrayna ordusunun əsgərlərinə təlim keçmək planlarını müzakirə edir. Bu addım Rusiya ilə gərginliyi artıra bilər.

Avropada ABŞ ordusunun komandanı, general leytenant Ben Hodges deyib ki, bu plan ABŞ-ən mövcud təlim proqramını genişləndirəcək. Həmin proqram Ukrayna daxili işlər nazirliyində işləyən Milli Qvardiya əsgərləri üçün həyata keçirilir.

350-dək ABŞ əsgəri hazırda döyüş zonasında olmayan qvardiyaçılara təlim keçir.

Ukrayna şərqdə münaqişə zonasına 64 min əsgər yerləşdirib. Onlara qvardiyaçılar də daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG