Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:59

İran nüvə danışıqları davam edir


Vyanada Palais Coburg-da nüvə danışıqları, 13 iyul, 2015-ci il

Vyanada Palais Coburg-da nüvə danışıqları, 13 iyul, 2015-ci il

-

İranla altılıq ölkələri arasında nüvə danışıqları iyulun 14-də səhər saatlarınadək davam edib. Bu arada sazişin əldə oluna biləcəyinin əlamətləri görünüb. Reuters-in məlumatına görə, tərəflər mühüm məsələlər üzrə ilkin razılığa gəliblər.

Agentlik bildirir ki, saziş layihəsinin yekun versiyasında dəyişiklik ola bilər. BMT müfəttişlərinə nüvə silahının saxlandığı güman edilən bütün sahələrə giriş verilə bilər.

Razılaşma əldə olunarsa, onu yerinə yetirəcək BMT Təhlükəsizlik Şurası qətnaməsi bu ay qəbul oluna bilər. Saziş çərçivəsində tərəflərin atacağı addımlar isə 2016-cı ilin birinci yarısında həyata keçiriləcək.

Daha bir problemli məsələdə də razılığa gəlindiyi görünür. İran və BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi İranın keçmiş nüvə fəaliyyətinin mümkün hərbi parametrlərinə dair mühüm məsələlərin həlli planına razılaşıblar. Reuters belə yazır. Plana Parchin hərbi obyektinə bir səfər, İran nüvə alimləri ilə mümkün müsahibələr daxildir.

Diplomatlar ümidlərini bildiriblər ki, iyulun 14-də səhərədək razılaşmanın yekun layihəsini qəbul edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG