Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:56

«Dövlət Rüsumları haqqında» qanuna dəyişikliklər qəbul edilmədi


Noyabrın 15-də Milli Məclisə ümumvətəndaşlıq pasportlarının verilmə müddətinin 5 ildən 10 ilə qədər uzadılması və buna görə dövlət rüsumunun da 22 manatdan 40 manata qaldırılması təklif olunub. Ancaq deputatlar «Dövlət Rüsumları haqqında» qanuna edilən bu və digər dəyişiklikləri təsdiqləməyiblər. Çıxış edən əksər millət vəkilləri ümumvətəndaşlıq pasportunun verilmə müddətinin 30 gündən 15 günə endirilməsində təkid edib və rüsum həddinin iki dəfə qaldırılmasının əleyhinə çıxıbdır. Əgər qanuna edilən dəyişikliklər təsdiqlənərsə, vətəndaşlar 3-5 günə də ümumvətəndaşlıq pasportu ala biləcəklər, ancaq bunun üçün 120 manat ödəmək tələb olunur. Deputatlar isə bu rüsumla da razılaşmırlar və onun azaldılmasının təklif ediblər.


Maliyyə nazirinin müavini Azər Babayev isə bildirir ki, ümumvətəndaşlıq pasportlarının müddəti iki dəfə artırıldığı üçün rüsum da təxminən iki dəfə artırılır. Bu cür əsaslandırma ilə razılaşanlar olsa da çoxluq dəyişikliklər üzərində yenidən işlənilməsini istəyib.


Deputatların narazılığına səbəb olan dəyişikliklər sırasında əczaçılıq, səhiyyə, turizm və bəzi başqa sahələrdə özəl fəaliyyətlə məşğul olanların dövlətə 5500 manat rüsum ödəməsinin nəzərdə tutulması da var idi. Millət vəkillərinin əksəriyyəti bu rüsumun orta və kiçik sahibkarlığı məhv edə biləcəyini deyərək ona qarşı çıxıblar. Nəticədə spiker Oqtay Əsədov işçi qrupuna 10 gün vaxt verməklə layihənin üzərində yenidən işlənilməsi üçün onu geri qaytarıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG