Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:34

Dövlət büdcəsinin parlamentdə müzakirələri başa çatdı


Büdcə layihəsində elm və təhsilə ayrılan vəsaitlərin azlığı deputatların daha çox narazılığına səbəb olub

Büdcə layihəsində elm və təhsilə ayrılan vəsaitlərin azlığı deputatların daha çox narazılığına səbəb olub

Noyabrın 15-də parlamentdə 2007-ci il dövlət büdcəsinin müzakirələri başa çatıb. Noyabrın 7-dən başlanan müzakirələrdə gələn il üçün elm və təhsilə ayrılan vəsaitlərin azlığı deputatların daha çox narazılığına səbəb olub. Hökumət qarşıdakı 10 gün müddətində verilən təklifləri araşdıracaq, sonra sənəd təsdiq üçün Milli Məclisə təqdim olunacaq.


2007-ci il üçün Azərbaycanın dövlət büdcəsinin layihəsinə əsasən gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirləri təxminən 5.4, xərcləri isə 5.7 milyard Yeni Azərbaycan manatı olacaq. İndiki kursla Amerika dollarına çevirəndə büdcənin gəlirləri 6.2 milyard dollar, xərcləri isə 6.5 milyard dollar təşkil edəcəkdir. Layihəyə görə, 2007-ci ildə də, bu il olduğu kimi Dövlət Neft Fondundan dövlət büdcəsinə 585 milyon dollar köçürülməsi nəzərdə tutulub.


Gələn il büdcə layihəsində neftin bir barelinin qiymətləri 50 dollar müəyyənləşdirib və layihəyə görə, əgər neftin bir barel üçün qiyməti 40-50 dollar arasında olarsa gəlirlərin yarısı, 50 dollardan yuxarı olarsa isə, ¾ -ü Neft Fonduna köçürüləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG