Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:19

Bakı şəhər sakini Daxili İşlər Nazirliyinə müraciət edərək özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib.

DİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, faktla bağlı nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi açılıb.

İdarənin keçirdiyi tədbirlər nəticəsində bəlli olub ki, Bakıda yaşayan Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və digərləri bu il mayın 1-də saat 23 radələrində Xəzər rayonunun Qala qəsəbəsində həmin şəxsin maşınını saxladaraq onu Xətai rayonundakı mənzilinə aparıb və seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədilə ələ keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG