Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:42

-

Ləzgi (Aşurbəy) məscidinin imamı Mübariz Qarayev iyulun 10-da bir illik həbs cəzasına məhkum edilib. Dini hüquqları üzrə ixtisaslaşmış Forum 18 təşkilatının əldə etdiyi məlumata görə, qərarı Nərimanov Rayon Məhkəməsi çıxarıb.

Mübariz Qarayev bu ilin əvvəlində saxlanıb. Məscid icmasının üzvləri onun qadağan olunduğu iddia edilən ədəbiyyat yaydığına görə saxlandığını deyirdilər. Ancaq bu barədə heç bir rəsmi açıqlama verilmirdi.

Qurum bildirir ki, Mübariz Qarayev hökumətin bağlamaq istədiyi Ləzgi sünni məscidinin həbs olunan dördüncü üzvüdür. Digər vicdan məhbusları da qadağan olunmuş dini ədəbiyyat satdıqlarına görə 6 aydan 15 ayadək məhkum ediliblər.

Forum 18 onu da bildirir ki, Gədəbəy rayonunda islam teoloq Said Nursi-nin əsərlərini oxuyan müsəlmanların toplaşdığı evin sahibi Səbuhi Məmmədov iyunun əvvəlində böyük məbləğdə cərimələnib. Digər 13 müsəlmana da cərimə kəsilib.

İyunun sonunda isə gürcü pravoslav keşişi Fr Demetre Tetruashvili-nin ölkəyə girişinə icazə verilməyib. Bununla da iki yerli gürcü pravoslav cəmiyyətinin dini mərasimlərinə əngəl yaranıb. Fr Demetre Qax rayonunda və qonşu Əlibəyli kəndində gürcü məscidlərinin keşişidir. Forum 18 bu qadağanın səbəbini öyrənə bilməyib. Sərhəd Xidmətinə, Xarici İşlər Nazirliyinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciətlər cavabsız qalıb.

Hakimiyyət təmsilçiləri, dini qurumlar ölkədə din azadlığına heç bir məhdudiyyət yaradılmadığını, hər bir vətəndaşın din azadlığının tam təmin olunduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG