Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:02

İlham Əliyev: "Almaniya Bundestaqı dünyanın ağasıdı?"


Prezident İlham Əliyev Nazirlər Kabinetinin toplantısında, 13 iyul 2015

Prezident İlham Əliyev Nazirlər Kabinetinin toplantısında, 13 iyul 2015

-

"... O ÇİRKİN YAZILARI YAZANLAR BİLSİNLƏR!!!"

Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında bu yaxınlarda qəbul olunan qətnaməyə toxunarkən bunu kağız parçası adlandırıb.

İyulun 13-də hökumət ilin ilk 6 ayında fəaliyyətinin yekunlarına dair müşavirədə Azərbaycan prezidenti deyib: “Bununla bərabər, ikitərəfli formatda Avropa ölkələri ilə bizim problemlərimiz yoxdur. Bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında bütün bu iradları mən əlbəttə ki, deyirəm. Deyirlər ki, fikir verməyin, onlar o fikrə layiq deyillər. Biz fikir vermirik. Əgər fikir versəydik onların dediklərini edərdik.

Avropa Oyunlarının açılışı, Bakı

Avropa Oyunlarının açılışı, Bakı

Burada heç kim onların dediklərinin heç birini etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır, ona görə, heç kim heç vaxt onları icra etməyəcək. Bunu bilsinlər. Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər.

Bu gün əfsuslar olsun ki, Avropada faşizm baş qaldırır, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm, yəni təkcə müsəlmanlara qarşı deyil bu hərəkət. Əlbəttə ki, müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir.

Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar.”

İyunun 23-də AŞPA-da Azərbaycanla bağlı qətnamə qəbul edilib. Müzakirə zamanı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı ifadələr sənəddən çıxarıldı. Bu da Assambleyada Azərbaycan nümayəndə heyətinin narazılığına səbəb olub.

PREZİDENT AZƏRBAYCANA QARŞI İNFORMASİYA MÜHARİBƏSİ GETDİYİNİ DEYİR

Azərbaycan prezidentinin Qərb təşkilatlarına qarşı səsləndirdiyi ifadələr təkcə bununla da bitmir. İlham Əliyev çıxışında bu qurumları Azərbaycana qarşı informasiya müharibəsi aparmaqda ittiham edir:

Prezident İlham Əliyev Nazirlər Kabinetinin toplantısında, 13 iyul 2015

Prezident İlham Əliyev Nazirlər Kabinetinin toplantısında, 13 iyul 2015

“Bu gün əfsuslar olsun ki, Avropada faşizm baş qaldırır, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm, yəni təkcə müsəlmanlara qarşı deyil bu hərəkət. Əlbəttə ki, müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir.

Onlar birləşiblər. Eyni zamanda, Azərbaycanda beşinci kalonun qalıqlarının himayədarları bizə qarşı hücuma keçiblər.

Yəni, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdur, ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəldi.

Bizim onlardan heç bir istəyimiz yoxdur. Əksinə, bizim qazımız, kontraktlarımız, neftimiz onlara lazımdır.

​Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərdi ki, bizim iradəmizə heç bir kənar qüvvə təsir edə bilməz”.

ALMANİYA BUNDESTAQI ÖZÜNÜ NƏ ZƏNN EDİR?

Dövlət başçısı bildirib ki, birinci Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamentində Azərbaycana qarşı qətnamə müzakirəyə çıxarılsa da qəbul olunmaıb.

Almaniya Bundestaqında isə anti-Azərbaycan mövzusuna həsr olunan qətnamə qəbul edilib.

Almaniya parlamenti (Bundestaq)

Almaniya parlamenti (Bundestaq)

İlham Əliyev bu qətnaməni də "Azərbaycanı, onun uğurlarını gözdən salmağa çalışan çirkin kampaniyanın tərkib hissəsi" adlandırıb:

Bundestaq

Bundestaq

“Sual olunur? Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyaya hakimdirmi, hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər.

Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir.

Bizim onlardan heç bir istəyimiz yoxdur. Əksinə, bizim qazımız, kontraktlarımız, neftimiz onlara lazımdır. Bizim bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır”.

Prezident İlham Əliyev çıxışında Qarabağ münaqişəsinin həlli istiqamətində də heç bir irəliləyiş olmadığını bildirib, buna görə Ermənistan rəhbərliyini ittiham edib.

O qeyd edib ki, Yerevan danışıqlar prosesini boykot edir, maksimum dərəcədə bu məsələni uzatmağa çalışır.

Bu yaxınlarda verilən məlumata görə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü sentyabrda Nyu-Yorkda planlaşdırılır.

Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri dövlət başçılarının növbəti görüşünü hazırlamaqla məşğul olduqlarını deyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG