Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:11

-

Gürcüstanın Xarici İşlər Nazirliyi Moskvaya etirazını bildirib.

Səbəb odur ki, rusiyayönümlü Cənubi Osetiya separatçıları öz sərhədlərini bir neçə yüz metr Gürcüstanın içərilərinə doğru çəkiblər.

Bu barədə Azadlıq Radiosunun müxbiri Georgi Kobaladze xəbər verir.

Əsas narahatçılıq ondadır ki, Bakı-Supsa neft kəmərinin bir hissəsi separatçı bölgənin nəzarətinə keçən həmin əraziyə düşür.

Bundan başqa strateji cəhətdən vacib olan magistral yol yeni sərhəd xəttinin çox yaxınlığından keçir.

Gürcüstanın Orçosani və Xurvaleti kənd sakinləri yeni sərhəd işarələrini gördükdən sonra etiraza qalxıblar.

Çünki onların əkib-becərdikləri sahələr də bu əraziyə düşür və Rusiya sərhədçiləri onlara xəbərdarlıq edib ki, artıq bu ərazilərdə əkin-biçinlə məşğul ola bilməzlər.

Bu rayonda sərhədin demarkasiyasından sonra BP-ə məxsus Bakı-Supsa kəmərinin 1600 metrindən çox hissəsi separatçı Cənubi Osetiya hakimiyyətinin nəzarətində olan əraziyə düşüb.

Tbilisi ehtiyat edir ki, Cənubi Osetiya buna görə, tranzit haqqı tələb edəcək və əks halda kəməri bağlayacaq.

Gürcüstanın energetika naziri Kakha Kaladze bildirib ki, əgər bu baş versə, hökumət BP ilə birlikdə həmin ərazidən yan keçən yeni qol çəkəcək.

Bundan başqa Rusiya sərhədçiləri Bakı-Tbilisi-Poti yolunun cəmi 500 metrliyində yerləşdirilib.

Gürcüstanın xarici işlər nazirliyi Rusiya sərhədçilərinin bu hərəkətinin qanunsuz olduğunu bildirib və Moskvadan qanunsuzluğa son qoyulmasını tələb edib.

Kobaladze qeyd edir ki, ən qəribəsi odur ki, bunlar Rusiya xarici işlər nazirinin müavini Grigori Karasinlə Gürcüstan hökumətinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abashidzenin Praqa görüşünə 1 gün qalmış baş verir.

2008-ci ildə Gürcüstan ordusu Cənubi Osetiyanı öz nəzarətinə qaytarmaq üçün hücuma keçdi, amma rus ordusunun müdaxiləsindən sonra geri çəkildi. İndi də Cənubi Osetiyada rus qoşunları qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG