Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:57

İctimai Televiziyaya investisiya ayrılması dayandırılıb


Deputatların fikrincə, Dövlət Televiziyası ilə İTV-yə vəsait bölgüsü düzgün aparılmayıb
Deputatların fikrincə, Dövlət Televiziyası ilə İTV-yə vəsait bölgüsü düzgün aparılmayıb

Noyabrın 14-də millət vəkilləri 2007-ci ilin dövlət büdcəsində İctimai Televiziyaya (İTV) az vəsait ayrılmasından narazılıq ediblər. Onlar uzun illər fəaliyyət göstərən dövlət televiziyasına əlavə vəsait artırıldığı halda cəmi bir il işləmiş İTV-yə qarşı bu münasibəti anlamadıqlarını deyirlər. Bəzi millət vəkilləri gələn ilin büdcəsində İctimai Televiziyaya az vəsait ayrılması barədə fikirlərini əsaslandıraraq deyirlər ki, teleradio kanalı qısa müddətdir ki, yaranıb. Həmçinin bu kanal öz fəaliyyətində cəmiyyətin bütün təbəqələrini əhatə etməyə çalışır. Ona görə də İTV-yə dövlətin diqqəti daha artıq olmalıdır.


Deputat Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu 2007-ci ilin büdcəsində İTV-yə daha çox vəsait ayrılmasını təklif edirlər. Millət vəkili Qənirə Paşayeva isə hesab edir ki, gələn ilin büdcəsində telekanala az vəsait ayrılması qanuna ziddir. Bu eyni zamanda Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun gəlmir. Onun sözlərinə görə, Azərbaycan Dövlət Televiziyası ilə İTV-yə vəsait bölgüsü düzgün aparılmayıb.


Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov isə bu fikirlərlə razılaşmır. O deyir ki, İTV üçün 2005-ci ildə müxtəlif mənbələrdən 17 milyon dollar ayrılıb. Həmin vəsaitin təxminən 5 milyon dolları İTV-nin yayımına, saxlanılmasına və idarə olunmasına və işçilərin əməkhaqqına sərf olunub. Qalan 12 milyon dollar isə İTV-yə investisiya qoyuluşu idi. 2006-cı ildə isə İTV-yə 11 milyon dollar ayrılıb ki, bunun 6 milyonu televiziyanın büdcəsi, qalanı isə investisiya xərci olub. Bu il sadəcə İTV-yə keçən il və ondan əvvəlki il ayrılan investisiya dayandırılıb: «Dövlət hər il ora investisiya qoymaq fikrində deyil. İTV-nin yayımı üçün lazım olan bütün texniki avadanlıqlar alınıb. Büdcə isə 1,5 milyon manat artırılıb. Keçən il büdcə 6 milyon idi, bu il 7,5 milyon manatdır. Ona görə də vəsaitin azaldılması barədə deyilənlərin heç bir əsası yoxdur».


Əli Həsənov bəzi millət vəkillərinin gələn ilin büdcəsində Dövlət televiziyasının vəsaitinin artırılması barədə dediklərinə aydınlıq gətirərək bildirir ki, bu vəsait artımı deyil, investisiya ayrılmasıdır: «Azərbaycan Televiziyasının avadanlıqları neçə illərdir ki, təzələnmir, studiyaları bərbad vəziyyətdədir. Ona görə də bu il həmin telekanala investisiya ayrılıb».


Media Hüquqları İnstitutun direktoru Rəşid Hacılı da yeni ilin büdcəsində İTV-yə ayrılan pulun azaldılmasını doğru hesab etmir. Onun fikrincə, bu, mövcud qanunvericiliyə də ziddir. Belə ki, «İctimai Televiziya» haqqında qanunda 2010-cu ilə qədər bu kanalın yayımının maliyyələşdirilməsi üçün büdcədən ayrılan vəsaitin hər il az da olsa artırılması nəzərdə tutulub.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG