Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:51

Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.

Nazirliyin saytında gedən məlumatda bildirilir ki, nəzərdə tutulmayan ərazilərdə çimmək, işarələnmiş sərhədlərindən kənara çıxmaq, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

Bundan başqa çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, nişan və lövhələrin göstərişi, xilasedicilərin çağırış və tələblərinə əməl edilməlidir.

Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya girmək təhlükəlidir.

Məlumatda qeyd edilir ki, çimərliklərdə istirahət saat 9-dan 21-dək daha təhlükəsizdir.

Təhlükə zamanı 112-yə zəng etmək lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG