Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:32

-
Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Kinoaktyorlar və Prodüserlər gildiyalarının dəstəyi ilə «Qızıl pəri» peşə mükafatını təsis edib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, mükafat audiovizual sahənin (kino və TV) inkişafına kömək, milli mənəvi dəyərlərin qorunub saxlanması və bu sahədə çalışan peşəkarları - müəllifləri, ifaçıları və prodüserləri həvəsləndirmək məqsədilə qurulub.

Müsabiqənin neçə ildən bir keçirilməsi və nominasiyaların sayı ölkədə istehsal olunan audiovizual əsərlərin müsabiqə üçün alternativliyini və rəqabətliyini təmin edən dərəcədə olmasından asılı olaraq müəyyənləşdiriləcək.

«Qızıl pəri» mükafatının ən yaxşı bədii, sənədli və cizgi filmləri, telefilm (və ya serial, müəllif verilişi), rejissor, prodüser, orijinal ssenari, aktrisa, aktyor, operator, rəssam, bəstəkar, debüt, eləcə də, milli kinonun və televiziyanın inkişafına verdiyi töhfələrinə görə nominasiyaları üzrə keçirilməsi nəzərdə tutulub.

Xəbərdə deyilir ki, «Qızıl pəri» mükafatının qaliblərini milli kinonun və televiziyanın ən qabaqcıl nümayəndələrindən ibarət münsiflər heyəti gizli səsvermə yolu ilə müəyyənləşdirəcək.

Mükafatın ilk müsabiqəsi bu il 2010-2015-ci illərin istehsalı olan əsərlər üzrə keçirilir.

Mükafatlara namizədlərin ərizə formalarının və əsərlərin qəbulu bu il oktyabrın 1-dək olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG