Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:38

Qazax bəstəkar Üzeyir bəyə musiqi həsr etdi


Üzeyir Hacıbəyli
Üzeyir Hacıbəyli

-

Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin şərəfinə əsər yazıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Balnur Kydyrbek bu əsəri Üzeyir Hacıbəylinin dövlət səviyyəsində keçiriləcək 130 illik yubileyi münasibətilə bəstələyib.

«Türk akademik musiqisinin babası» adlanan əsər artıq hazırdır və yaxın vaxtlarda Üzeyir Hacıbəylinin ev-muzeyinə təqdim olunacaq.

Bir hissədən ibarət olan əsər orijinallığı ilə seçilir. Dahi bəstəkarın xatirəsinə həsr olunan əsərin yubiley festivalı çərçivəsində səslənəcəyi gözlənilir.

Azərbaycanla Qazaxıstanın Bəstəkarlar İttifaqı və Milli Filarmoniyası arasında əməkdaşlıq əlaqələri var.

Qazaxıstan Milli Filarmoniyası mövsümə Azərbaycan bəstəkarı Sərdar Fərəcovun «Koroğlu simfonik freskası» əsəri ilə yekun vurub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG