Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:28

Ukrayna prezidenti Petro Poroshenko radikalmillətçi qrupun üzvləri ilə polis arasındakı qarşıdurmaya son qoymaq üçün milli təhlükəsizlik şurasının təcili iclasını çağırıb.

İyulun 11-də ölkənin qərbində yerləşən Mukacevo şəhərində baş verən silahlı qarşıdurmada azı 3 nəfər ölüb.

Təhlükəsizlik qüvvələri sağ sektorun üzvləri olan yaraqlıların təslim olmasına çalışır.

Bu toqquşma hökumətlə radikal qüvvələr arasında gərginlikdən və müharibə şəraitində olan ölkənin birliyinə təhlükədən xəbər verir.

Ukraynanın təhlükəsizlik xidməti biyulun 12-də sağ sektorun silahlı üzvlərini qan tökülməsindən qaçmaq üçün təslim olmağa çağırıb.

Hakimiyyət iyulun 11-dən yaraqlılara qarşı əməliyyata başlayıb.

Amma onların Macarıstan və Slovakiya sərhəddinin yaxınlığındakı meşəliyə çəkildikləri güman edilir.

Hakim dairələr onlardan ikisinin yaralanaraq təslim olduqlarını, 12-nin isə hazırda axtarışda oduqlarını deyir.

Atışmanın səbəbi hələlik açıqlanmır.

Sağ sektorun onlarla tərəfdarı İyulun 12-də Kiyev və ölkənin digər şəhərlərində daxili işlər naziri Arsen Avakovun istefası tələbi ilə aksiya keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG