Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:07

Avrozona ölkələrinin liderləri Yunanıstanla yeni xilas paketi ilə bağlı ilkin razılıq əldə ediblər.

Iyulun 13-də Brüsseldə əldə edilən bu razılaşmada ciddi islahatlar və təcili yardım nəzərdə tutulur.

Avropa Şurasının prezidenti Donald Tusk bunun Yunanıstanın relsə düşməsinə imkan yaradacağını bildirib:

“ Bu qərar Yunanıstanın sosial və siyasi proseslərin neqativ gedişindən qaçmasına imkan yaradır və yerinə yetirilməli ciddi şərtlər var”.

Avropa liderləri razılaşmanı alqışlayıb, amma bəziləri xəbərdarlıq edib ki, bu razılaşma sadəcə layihədir və Yunanıstan ciddi islahatlar keçirməlidir.

Fransa prezidenti Francois Hollande Yunanıstan parlamenti yeni islahatlar qəbul etmək üçün yaxın saatlarda təcili toplşamalıdır.

Estoniyanın baş naziri Taavi Roivas isə bildirib ki,Avropa yol xərtəsi qəbul elədi və indi hər şey onun həyata keçirilməsindən aşlıdır.

Yaxın saatlarda razılaşmanın detalları açıqlanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG