Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:24

Yunusların məhkəməsi təxirə salındı


Leyla Yunus və Arif Yunus
Leyla Yunus və Arif Yunus

-

Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, konfliktoloq Arif Yunusun iyulun 13-nə təyin edilən məhkəməsi təxirə salınıb.

Təxirə salmanın səbəbləri haqda mətbuata məlumat verilməyib.

Məhkəmə iyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar.

Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub.

Onlar ittihamları rədd edir və həbslərinin fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.

«Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

Azərbaycan hakimiyyəti isə dəfələrlə ölkədə siyasi və ya vicdan məhbusu olmadığını bildirib.

XS
SM
MD
LG