Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:11

Dövlət Sərhəd Xidmətinin qaçaqmal xəbərləri


Dövlət Sərhəd Xidmətinin fotoqalereyasından bir foto

Dövlət Sərhəd Xidmətinin fotoqalereyasından bir foto

-

2015-ci il iyun ayı ərzində dövlət sərhədini pozduqları üçün 46 nəfər saxla­nıl­ıb. Onların 23 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Əfqanıs­tan, 4 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Rusiya Federasiyası, 2 nəfəri Ukrayna, 2 nəfəri Cənubi Koreya, 2 nəfəri Tacikis­tan, hər ölkədən bir nəfər olmaqla Gürcüstan, Qırğızıstan, Moldova və Qam­­biya vətəndaşları olublar.

Bu haqda DSX-nin saytı məlumat yayıb.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 15 nəfər, Xəzər dənizində 55 nəfər saxlanılıb.

Axtarışda olan 443 nəfərin aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Bundan başqa, 10 kiloqram 178,3 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

İyunun 16-da «Şıxlı» sərhəd nəzarət məntəqəsində Ukrayna vətəndaşı Şahin İmanovun avtomobilinin qaz yanacağı üçün nəzərdə tutulmuş balonun içərisində 6,2 kiloqram marixuana aşkar edilərək götürülüb.

İyunun 9-da isə Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində 10 hektar sahədə yabanı halda bitmiş, ümumi çəkisi 9736 kiloqram olan 23756 ədəd xaşxaş kolu yığılaraq Yardımlı rayon Polis Şöbəsinin və yerli icra nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

388 min manatlıq qaçaqmal, o cümlədən 2 ədəd 16 mm-lik tüfəng, 2 ədəd pnevmatik tapança, 77735 ABŞ dolları, 2 milyon 201 min İİR valyutası, 85 ədəd zinət əşyası, 12470 qutu siqaret, 44 ədəd mobil telefon, 2,4 kq qara kürü, 804 kq nərə balığı, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları da saxlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG