Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:11

-

Sibirin Omsk şəhərində Hərbi Desant Qoşunlarının kazarması uçub, 18 əsgər həlak olub, 19 nəfər xəstəxanaya yerləşdirilib.

Müdafiə Nazirliyinin sözçüsü Igor Konashenkov iyulun 13-də itkilər barədə açıqlama verib. Xilasedicilər bütün gecəni işləyiblər.

Konashenkov eyib ki, “dağıntılar altından 37 əsgər çıxarılıb, 18-i həlak olub”.

Hazırda xilasedicilər daha 5 əsgəri axtarır.

Bazar günü axşam baş vermiş hadisənin səbəbi hələlik bəlli deyil. Ancaq Rusiyada tikinti zamanı təhlükəsizlik qaydalarının nəzərə alınmaması tez-tez qəzalara səbəb olur.

Hadisəyə partlayış və ya hücumun səbəb olması barədə də məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG