Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:18

-

Birləşmiş Ərəb Əmirliklərində iyulun 13-də səhər 31 yaşlı bir qadın edam olunub. O, ötən ilin dekabrında amerikalı bağça müəlliməsini öldürməkdə ittiham olunub. Həmin qətlin yaraqlıların təsiri altında həyata keçirildiyi bildirilir.

Ala'a Badr Abdullah al-Hashemi Əbu Dabi ticarət mərkəzində Rumıniya əsilli amerikalı müəllimə Ibolya Ryan-ı bıçaqlayaraq öldürüb. Ryan 11 yaşlı əkiz anası idi.

Hashemi həmçinin BƏƏ-də yaşayan amerikan misirli həkimin mənzilinə bomba qoymaq cəhdində ittiham olunub. Bomba zərərsizləşdirilib.

Polisin məlumatına görə, Ryan internet vasitəsilə radikallaşdırılıb və məqsədi Ryan-ı öldürmək olmayıb, öldürməyə xarici axtarırmış.

İslam Dövləti silahlı qruplaşmasının İraq və Suriyadakı tərəfdarları müsəlmanları qərblilərə hücum etməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG