Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:12

-

İyulun 13-də səhər tezdən avrozonanın 19 lideri Brüssel sammitini davam etdirəcək, Yunanıstanın borc böhranını müzakirə edəcəklər.

Avropa Şurasının prezidenti Donals Tusk-un sözçüsü Preben Aamann deyib ki, iyulun 12-də və iyulun 13-də gecə bir neçə dəfə fasilədən sonra sammit yenidən bərpa olunur.

İyulun 13-də gecə Yunanıstan baş naziri Alexis Tsipras, Fransa prezidenti Francois Hollande və Almaniya kansleri Angela Merkel dörd saat danışıblar.

Tsipras iyulun 12-də səkkiz saatını avrozona kreditorlarını borc sazişini imzalamaq üçün dilə tutmağa sərf edib.

Defoltdan qaçmaq və Yunanıstanın avrozona üzvü kimi qalması üçün Afinaya yardım lazımdır. Yunanıstan banklarına da Avropa Mərkəzi bankından nağd pul gərəkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG