Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:06

İran danışıqları gecə də davam edib


Mohammad Javad Zarif danışıqların keçirildiyi otelin eyvanında

Mohammad Javad Zarif danışıqların keçirildiyi otelin eyvanında

-

İran və altı dövlətin diplomatları iyulun 8-də səhər saatlarınadək Vyanada danışıqları davam etdiriblər. Məqsəd yekun nüvə sazişi əldə etmək, Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində İrana sanksiyaları yüngülləşdirməkdir.

Danışıqların indiki raundu iki həftədən çoxdur gedir. Razılaşma üçün qoyulmuş son tarix üç dəfə uzadılıb.

İranın xarici işlər naziri Mohammad Javad Zarif iyulun 12-də gecə deyib ki, son tarix iyulun 13-dən sonraya uzadılmayacaq.

İyulun 12-də nümayəndə heyətləri başçılarının işçi naharı saat 11:25-dək çəkib. Onlar daha sonra, İran rəsmilərinin dediyi kimi, 100 səhifəlik sənədi nəzərdən keçirməyə davam ediblər.

Bütün tərəflər razılaşmaya yaxın olduqlarını deyirlər. Ancaq ABŞ-ın dövlət katibi John Kerry iyulun 12-də Zarif-lə görüşdən sonra söyləyib ki, “əsas məsələlər” qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG