Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:28

-


Binəqədi rayonu, Azadlıq prospekti, 204 ünvanındakı çoxmərtəbəli binada yaşayan 100 ailənin üzvləri 4 ildən bəri həll edə bilmədikləri problemlərindən danışırlar. Şikayətçilər bildirir ki, onlar bu binada 2011-ci ildən bəri yaşasalar da mənzillərinə hələ də qaz xətti çəkdirə bilmirlər.

"AZƏRİQAZ" BİNANI QAZLAŞDIRMAQDAN İMTİNA EDİR

“Binamız işıq, su, telefon və s.-lə təmin olunub. Bircə qaz yoxdur. Bu isə xüsusilə də payız-qış aylarında çox əziyyət çəkməyimizə səbəb olur. Mənzillərimizi elektrik enerjisi ilə isitməyə məcburuq. Bütün pullarımız işığa gedir. Mənzillərimizə qaz xətti çəkilməsini binanı tikən mənzil-tikinti kooperativinin (MTK) rəhbərliyi təmin etməli idi. Amma MTK sədri 2012-ci ildə həbs olunub və hazırda cəzasını çəkir.

"Binamıza qaz verilişi üçün FHN-in tələblərinə uyğun bütün işlər də görülüb. Amma mənzillərimizə qaz çəkilişi problemi hələ də həll olunmur. “Azəriqaz” binamızı qazlaşdırmaqdan imtina edir. Bu quruma dəfələrlə, kollektiv şəkildə müraciət etmişik. Amma “Azəriqaz” nəinki tədbir görmür, bizim müraciətlərə heç cavab da vermir. Və bütün bunlar Azərbaycanın Gürüstanın hətta ən ucqar kəndlərini də qazlaşdırması fonunda baş verir” - deyə üzləşdikləri problemin həll yolunu heç cür tapa bilməyən bina sakinlərinin müracətində deyilir.

BİNA YOXLANIŞDAN KEÇMƏYİNCƏ QAZ OLMAYACAQ

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev bildirir ki, FHN-in müvafiq qurumları tərəfindən yoxlanışdan keçməyən çoxmərtəbəli binalara qaz verilməyəcək.

İ.Kərbəlayevin sözlərinə görə, “Azəriqaz” çoxmərtəbəli binanı bircə həftənin ərzində qazla təmin edə bilər, amma yalnız FHN-in müvafiq icazəsi olandan sonra: “Prinsip etibarilə yeni binaların qazla təmin edilməsində heç bir problem yoxdur. “Azəriqaz” bu ilin təkcə yanvar ayı ərzində 52 yeni binada 943 mənzilə qaz verilişini təmin edib. Çünki həmin MTK-lar FHN-dən müvafiq icazə alıblar. Ona görə də sakinlər bu ittihamları “Azəriqaz”a yox, MTK-lara ünvanlamalıdır. MTK-lar zəruri yoxlanışdan keçib icazəni alsınlar, biz də qaz verək”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG