Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:41

«Karvan» bu dəfə «Qarabağ»la oyunda xal itirdi


Noyabrın 15-də futbol üzrə Azərbaycan çempionatında əvvəlki turlardan təxirə salınan üç oyun keçirilib. Çempionatın liderlərindən biri «Karvan» bu dəfə də «Qarabağ»la səfər oyununda xal itirib - 1:1. Son çempion «Bakı» isə Qubada «Şahdağ»la qolsuz heç-heçə edib. «MKT-Araz» - «Turan» oyunu isə birincilərin 1:0 hesablı qələbəsiylə bitib.


Hazırda turnir cədvəlinə 23 xalla «Xəzər-Lənkəran» başçılıq edir. «Karvan» 21 xalla 2-ci yerdə
qərarlaşıb. «Neftçi» və «MKT-Araz» isə 18 xalla 3-4-cü yerləri bölüşür.


XS
SM
MD
LG