Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:59

-

Ağcabədinin Taxtakörpü qəsəbəsində məskunlaşan Laçın köçkünləri "Qaynar xətt"ə müraciət ediblər.

MAŞINLARIMIZI, EVLƏRİMİZİ YOXLATDIRMAQLA GÖZÜMÜZÜ QORXUDURLAR

İlqar, Elbrus, Vüqar, Budaq Məmmədovların, İmamxan Əhmədovun, Nemət Səfquliyevin, Şüqay Bəndəliyevin, İsak və Baxşəli Hüseynovların imzaladığı məktubda rayonun icra hakimiyyətinin rəhbərliyindən söhbət açılır. Yazırlar ki, illərdir Taxtakörpüdəki qış yataqlarında məskunlaşıblar və əsas məşğuliyyətləri mal-qara saxlamaqdır. Lakin rayondakı məmurlar onlara şərait yaratmır. Onlar da məmurlarla bağlı ölkə başçısına müraciət ediblər. İndi bunun acısını çəkməkdədilər. Onların iddiasına görə, prezidentə məktub ünvanladıqlarına gprə başları əməlli başlı ağrıya düşüb.

"İcra hakimiyyətinin işçiləri gözümüzü qorxutmaq üçün onun-bunun vasitəsilə bizı şər, böhtan atdırırlar, əlaltılarını öyrədib bizə qarşı qoyurlar. Maşınlarımızı, evlərimizi yoxlatdırırlar, işlədiyimiz idarə və təşkilatların rəhbərlərini çağırtdırıb tələb edirlər ki, bizimlə bağlı akt yazsınlar. Axı biz, sadə kəndlilər nəyin günahkarıyıq?"

İRİ TAXIL, YONCA SAHƏLƏRİ, FERMALAR - HAMISI ONLARINDIR

Köçkünlərin deməsinə görə, məmurlar hektarlarla torpaqları zəbt edərək özlərinə fermalar yaradıblar.

"Rayondakı ən iri taxıl, yonca sahələri onlarındır. Laçın rayonunda 2010-cu ildə könüllü seçdiyimiz deputatımızı öz şəxsi mənafeyinə görə rayona buraxmırlar. Səbəb xalqı hökümətdən narazı salmaqdır. Axı deputat bura gəlsə, xalq onunla görüşər, öz sözünü deyər".

Köçkünlər deyirlər, İcra Hakimiyyətində onları qəbul edib, dərdlərini dinləyə biləncək kimsə tapa bilmirlər.

"Rayondakı bütün idarələr iflic vəziyyətdədir. Rayonda nə dövlətin, nə də əhalinin xeyrinə bir qəpiklik iş görülməyib. Məktəb binaları, xəstəxanalar, mədəniyyət evləri ya yoxdur, ya da bərbad vəziyyətdədir. Rayona ayrılan pullar şəxsi ciblərə gedir. Əkinçilik və heyvandarlıq məhv edilib. İçməli su xətləri, elektrik xətləri çürük-çürükdür".

Lakin qəsəbədə məskunlaşan başqa köçkün təşəkkür edir. O, qəsəbənin abadlaşdırıldığını, köçkünlərə yaşamaq üçün münasib şərait yaradıldığını yazır:

"Taxtakörpüdə Laçın Rayon İcra Hakimiyyəti, rayon təşkilatları, o cümlədən polis şöbəsi, bank, mədəniyyət evi, məşğulluq idarəsi, sosial təminat şöbəsi üçün yeni binalar, məktəb və xəstəxanalar tikilib. Yollar çəkilib, kanallar salınıb. Əvvəllər pərakəndə şəkildə yerləşən rayon idarələrinin bir yerə cəmlənməsi əhalinin işini xeyli asanlaşdırıb. İndi qəsəbədə Heydər Əliyev parkı göz oxşayır. Taxtakörpü abad və gözəl bir qəsəbəyə çevrilib".

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG