Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:58

Orxan Pamuk İstanbul Biennalesinin fəxri sədri olacaq


11-ci İstanbul Biennalesinin giriş qapısı

11-ci İstanbul Biennalesinin giriş qapısı

-

Sodayla sənət arasında əlaqə

“Duzlu su: Düşüncə formaları nəzəriyyəsi” adlanacaq 14-cü İstanbul Biennalesi 5 sentabrdan 1 noyabra qədər açıq olacaq.

Oxu zalı Biennalenin səhifəsinə əsasən xəbər verir ki, builki böyük sənət tədbirində dünyanın dörd yanından 80-dən çox sənətkar 1500-dən artıq əsərlə iştirak edəcək.

Əvvəlki İstanbul biennale tədbirlərindən fərqli olaraq, builki biennale bir yerdə yox, Bosfor boğazının hər iki sahilində 30-dan artıq məkanda təşkil olunacaq; muzeylərdə, otellərdə, bağlarda, məktəblərdə, dükanlarda, hətta qayıqlarda və şəxsi evlərdə.

Amerikan yazıçısı, tədbirin kuratoru Carolyn Christov-Bakargiev biennalenin adını belə izah edib:

Duzlu su, soda insan həyatı üçün çox zəruridir. Rəqəmli dünyayla isə tutmur. Smartfonunuz adi suya düşsə, sonra işləyər, amma sodalı suya düşsə, sonra heç vaxt işləməz. 14-cü İstanbul Biennalesini də gəzmək üçün duzlu su üzərində bərəylə xeyli o yana, bu yana keçmək lazım gələcək.

Nobel mükafatlı romançı Orxan Pamuk 14-cü İstanbul Biennalesinin Rəhbərləri və Dostları Beynəlxalq Şurasının fəxri sədri olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG