Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:58

-

“Azərbaycanfilm” və Rusiyanın “Vaytmedia” şirkətinin ortaq layihəsi olan “Qırmızı bağ” tammetrajlı filminin çəkilişləri başa çatıb.

Filmin ssenari müəllifi və rejissoru, əməkdar incəsənət xadimi Mirbala Səlimlidır.

Çəkilişləri Moskvada və Bakıda aparılan bu ekran əsəri hazırda montaj prosesindədir. Səsləndirmə işi Bakıda, montaj isə Sankt-Peterburqda aparılır.

Azərbaycan dilində olan filmin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonit Karpov, bəstəkarı Salman Qəmbərovdur.

Rolları Bakı, Şəki, Gəncə və Moskva teatrlarının aktyorları canlandırıblar. Əsas rollarda Maqsud Məmmədov, Gülzar Qurbanova, Xanlar Həşimzadə, İlham Hüseynov, Ramis İbrahimov və Şəki məktəblisi Taleh Bədiyev çəkilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG