Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:33

Ərəbcə Britaniyada mühüm dilə çevrilir


Britaniya Şurasının apardığı tədqiqat nəticəsində ərəb dilinin ölkədə ispan dilindən sonra ikinci mühüm xarici dil olduğu bəlli olub.

Dumanlı Albionun dil və mədəniyyətini yayan və təbliğ edən Britaniya Şurasının apardığı tədqiqat nəticəsində ərəb dilinin ölkədə ispan dilindən sonra ikinci mühüm xarici dil olduğu bəlli olub.

Bu araşdırmada Britaniyanın ixrac əlaqələri, hökumətin ticarət prioritetləri, diplomatic və təhlükəsizlik aspektləri əsas götürürülüb.

«The İndependent» qəzeti yazır ki, bütün dünya boyunca, xüsusilə də Yaxın Şərq və Şimali Afrikada 300 min adam ərəbcə danışır.

Britaniyanın orta məktəblərində indiyədək ikinci xarici dil kimi fransız, alman və ispan dilləri keçilir.

Lakin hazırda Britaniya Şurasının layihəsi çərçivəsində ölkə boyunca bir neçə məktəbdə ərəb dili xarici dil kimi tədris planına daxil edilib.

Söhbət Belfast, Şeffild, Mançester və London kimi şəhərlərin orta məktəblərindən gedir.

Ərəb dili 2016-cı ildən Britaniya buraxılış imtahanları siyahısına daxil ediləcək.

Britaniya Şurası sentyabr ayında 5 minədək ibtidai məktəbə ərəb dilinə və mədəniyyətinə aid tədris vasitələri göndərəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG