Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:51

Əziz Nesinin bütün arxivi sərgiyə çıxarılıb


Əziz Nesin, 1995
Əziz Nesin, 1995

-

Əziz Nesin 1915-2015

Türkiyədə yazıçı Əziz Nesinin 100 illiyi münasibətilə yazılı və şəkil arxivi, həyatına dair saysız-hesabsız materiallar nümayişə çıxarılıb.

Əziz Nesin Vəqfinin keçirdiyi sərgi belə adlanır: “Ömrünə sığmayan adam”.

İkimərtəbəli sərgi salonunun birinci mərtəbəsi Əziz Nesinin həyatına, ikinci mərtəbəsi isə yaradıcılığına ayrılıb.

"Ömrünə sığmayan adam" sərgisindən bir görüntü
"Ömrünə sığmayan adam" sərgisindən bir görüntü

Komediya, teatr, hekayə, şeir janrlarında məhsuldar yaradıcılığı olan Əziz Nesinin yazı masası, əlyazmaları, gündəlikləri, afişaları, ölümündən sonra sınıb-dağılmış pianosu sərginin ən çox maraq doğuran əşyalarıdır.

10 iyuldan 16 iyula qədər davam edəcək sərginin hazırlanmasına iki ilə yaxın vaxt sərf olunub.

"Ömrünə sığmayan adam" sərgisi təkcə Əziz Nesindən danışmır, həm də onun şahid olduğu tarixi sənədlər vasitəsilə çatdırır. Bunlar yeni polemikalara əsas verən sənədlərdir:

1955-ci ilin 6-7 sentyabr hadisələri, Sivas qətliyamı kimi Türkiyənin yaxın tarixində iz qoymuş hadisələrdən söhbət gedir.

Oxu zalı

XS
SM
MD
LG