Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:23

Srebrenitsada Avropanın “ən dəhşətli qətliamı” yad edilir


Srebrenitsa mərasimində keçmiş prezident Bill Clinton çıxış edib.

Srebrenitsa mərasimində keçmiş prezident Bill Clinton çıxış edib.

Rusiya Srebrenitsa qətllərinin soyqırım adlandırılmasına veto qoyub.

Minlərlə insan Avropada Holokostdan bəri ən dəhşətli qətliamın 20-ci ildönümünü qeyd etmək üçün Bosniya-Herseqovinanın Srebrenitsa şəhərinə toplaşıb.

İyulun 11-də şərqi Bosniyada keçirilən mərasimə tanınmış siyasilər də gəliblər. Serbiyanın baş naziri Aleksandr Vucic, keçmiş ABŞ prezidenti Bill Clinton, keçmiş dövlət katibi Madeline Albright və Türkiyənin baş naziri Ahmet Davutoglu dəvət olunanlar arasındadırlar.

Vucic başsağlığı kitabını imzaladıqdan sonra Srebrenitsa qurbanlarından bəzilərinin yaxınları ilə görüşüb və məzarlar üzərinə çiçək düzüb.

Yeni məzarlar

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 2007-ci ildə Srebterenitsa qətliamını soyqırımı kimi tanıyıb.

Serbiya bu dəhşətli cinayəti birmənalı şəkildə pisləyir və onu törədənlərdən ikrah hissi keçirdiyini bildirir

Lakin Serbiya və Rusiya bu terminin işlədilməsi əleyhinədirlər.

Mərasimdən əvvəl çıxış edən Serbiya baş naziri Srebrenitsa qətliamını “dəhşətli cinayət” adlandırıb.

“Serbiya bu dəhşətli cinayəti birmənalı şəkildə pisləyir və onu törədənlərdən ikrah hissi keçirdiyini bildirir” – deyib Vucic.

​Kimlikləri buyaxınlarda müəyyən edilmiş 136 qurbanın qalıqları buradakı xatirə kompleksində torpağa tapşırılacaq.

Tarixə nəzər

1992-1995-ci illərin Bosniya müharibəsi zamanı Birləşmiş Millətlər Srebrenitsanı dinc əhali üçün təhlükəsiz sığınacaq elan etmişdi. Lakin 1995-ci ilin 11 iyulunda Serbiya qoşunları orda Hollandiya sülhyaradıcılarının olmasına baxmayaraq şəhəri zəbt etdi.

Növbəti günlərdə Bosniya serblərinin qüvvələri 8 minədək müsəlman kişi və oğlanı qətlə yetirdilər. Serb qüvvələri cinayətin miqyasını gizlətmək üçün cəsədləri 90 kütləvi məzarlıqda dəfn etmişdilər.

Rusiyanın vetosu

Bu həftənin əvvəllərində Rusiya BMT-nin Britaniya tərəfindən tərtib edilmiş qətnaməsinə veto qoyub.

Qətnamədə Srebrenitsa qətliamı soyqırım adlandırılırdı.

Sebiya prezidenti Tomislav Nikolic Moskvanın bu addımını Serbiya üçün “böyük gün” adlandırıb.

Bosniya serblərinin lideri Milorad Dodik də bu vetoya görə Moskvaya təşəkkürünü bildirib.

O deyib ki, Rusiya vəziyyəti daha da gərginləşdirəcək və Bosniyada təfriqəni daha da dərinləşdirəcək sənədin qəbul olunmasının qarşısını alıb.

Dodik Srebrenitsada öldürülənlərin sayını “beynəlxalq yalan” adlandırıb.

Müharibədədən sonra Bosniya-Herseqovinada iki federal çtat yaradılıb: Müsəlman-Xorvat \Federasiyası və əhsalisi əsasən seblər olan Serb Respublikası yaradılıb.

Srebrenitsa Serb Respublikasının ərazisində yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG