Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:21

-

Bir il öncə Donbas səmasında sərnişin təyyarəsini partladan günahkarların adları yaxın zamanda açıqlanacaq. Bunu Malayziyanın baş naziri Najib Razak söyləyib. Onun sözlərinə görə, qəzanın araşdırılması başa çatmaq üzrədir.
Razak bunu iyulun 11-də Kuala-Lumpurda faciənin ildönümünə həsr olunan mərasimdəkı çıxışında bəyan edib.
2014-cü il iyulun 17-də Malayziya Hava Yollarının təyyarəsi döyüş əməliyyatlarının getdiyi Donbasda vurulub, təyyarədəki 298 insan həlak olub.
Qəzanı araşdıran Avstraliya, Belçika, Hollandiya və Ukrayna günahkarların aşkarlanması və cəzalandırılması üçün qurulacaq məhkəmənin ədalətli olması üçün BMT-nin nəzarəti altında xüsusi beynəlxalq tribunal yaradılmasını tələb edirlər.
İyulun 9-da Rusiya belə bir tribunalın yaradılmasına etiraz edəcəyini bildirib.
Malaysiya Airlines şirkətinin Boingi Amsterdamdan Kuala-Lumpura uçurmuş, o silahlı münaqişənin getdiyi Şərqi Ukrayna səmasında vurulub.
Ukrayna israr edir ki, Rusiyayönümlü silahlı separatçılar Moskvanın dəstəyilə hərəkət edirlər. Rusiya hökuməti isə təyyarəni Ukrayna hərbçilərinin vurduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG