Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:45

Özbəkistanda açıq-saçıq geyimlərə qarşı sərt tədbirlər


-

Yanvar ayında Özbəkistanın Qadınlar Komitəsinə yeni sədr təyin edilib. Bu, baş nazirin müavini Elmira Bosithonovadır. AzadlıqRadiosunun özbək xidməti onun geyim standartları kampaniyasından yazır.

Özbək hakimiyyətinin “arzuolunmayan” geyimlər siyahısı müxtəlif əks qütbləri əhatə edir. Buraya çox konservativ sayılan islam geyim tərziylə yanaşı xarici geyimlər də daxildir.

Amma Bosithonova qarşısına bir başqa məqsəd də qoyub, o açıq geyimlərlə mübarizə aparır. Müğənni Yoldasheva səhnədə açıq geyiminə görə hədəfə alınıb. (Sonralar başqa qadın müğənniylə duet oxuduğu üçün Özbəkistanda bəzi insanlar onun lesbiyan olduğuna işarə edir).

Lola Yoldosheva
Lola Yoldosheva

İyun ayında Bosithonova parlamentin hər iki palatasına, eləcə də mədəniyyət və incəsənət məşhurlarına, restoran menecerlərinə və müğənnilərə Yoldashevanın adını çəkmədən müraciət edib. Komitə sədri müraciətində bəzi qadın müğənnilərin səhnədəki çıxışlarında, çəkilişlərdə açıq-saçıq geyimlərindən hiddətləndiyini açıq şəkildə bildirib:
“Bu faktı necə izah edə bilərik ki, bəzi qadın müğənnilərimiz milli tərzimizdən gen düşərək ailəvi baxdığımız telekanallardakı çıxışlarında və kliplərdə çox açıq-saçıq geyimlərdə və sözləri heç bir tənqidlə üzləşməyən mahnılar oxuyurlar?”

ÖZLƏRİNİ BAŞQALARINA GÖSTƏRMƏK ÜÇÜN...

Milli İfa Sənətinin İnkişaf və Kordinasiya şurasının sədri İkbol Mirzo da Bosithonova-ya dəstək verib. O deyib ki, səhnə tamaşalarında bəzi mənəvi dəyərləri aşılamaq üçün “qanunlarla kömək etməyin” vaxtıdır.

Bu kampaniyaya qoşulanlar deyirlər ki, Daşkənddə 140 toyxana var. Bu toyxanalar “özlərini başqalarına göstərmək festivalına” çevrilib , burada insanlar yeməyə və əyləncəyə çoxlu pul sərf edirlər.
Bositonova yığıncaq iştirakçılarına söyləyib: “Özbəkistan Robinzon Kruzonun adası deyil. Əgər kimsə fikiləşirsə ki, burada demokratiya var və kim nə istəyirsə onu da edəcək, onların səhvi var”.

Bosithonova-nın mənəviyyat və nizam-intizam haqqında xəbərdarlıqlarından sonra 3 qadın müğənniyə səhnəyə və televiziyaya çıxmaq qadağan olunub, 11 sənətçiyəsə xəbərdarlıq edilib.
Məşhur müğənni Anar Sabirovun fəaliyyət lisenziyası ləğv edilib. Buna səbəb kimi onun ifaçılara lisenziya verilməsinə və yaxud onların çıxışlarına qadağa qoyulmasına məsul dövlət agentliyi - Uzbeknavo-nun yığıncaqlarına qatılmaqdan imtina etməsi göstərilib.
Esmeralda Tamila Rahmatova-ya isə səhnə qadağası qoyulub. Onun guya çılpaq şəkillərini sosial şəbəkələrdə yaydığı üçün belə qadağalarla üzləşdiyi bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG